Totti menecerliyə başlayır

“Roma”nın sabiq futbolçusu Françesko Totti menecerliyə başlayır.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq futbolçu, bu sahədə öz şirkətini açmaq istədiyini bildirib:

“Hazırda sadəcə, gözləyirəm. Çalışıram, zəng edirəm, gənc futbolçuları izləyirəm. Yeni futbolçular tapmaq üçün şirkət yaratmaq fikrindəyəm. Gəncləri istiqamətləndirmək istəyirəm. Onların vicdanlı olmasını, dəyərlərə və prinsiplərə sadiq olmalarını istəyirəm. Bütün dünyada yeni istedadlar axtarıram. Futbolda ikinci Totti yoxdur, amma çətin də olsa, onu tapacağıma ümid edirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right