Fransalı alimlərin COVID-19 pandemiyasına qarşı peyvəndi Afrikada sınaqdan keçirmək təklifinə sərt reaksiya verilib.
Newsport.az xəbər verir ki, Fil Dişi Sahili millisinin sabiq hücumçusu Didye Droqba elm adamlarının bu fikrini tənqid edib:
"Bunu qəbul etməyimiz ağılsığmazdır. Afrika test laboratoriyası deyil. Bu alçaldıcı və irqçi fikirləri şiddətlə qınayıram. Afrikanı sınaq donuzu kimi görmək yerinə, buradakı həyatları xilas etməyi və virusun yayılmamağına kömək edin".
Kamerun millisinin keçmiş hücumçusu Samuel Eto da fransız alimlərin cavabını sosial şəbəkə hesabında verib: "Afrika sizin oyun yeriniz deyil. Siz sadəcə p**sunuz".
"Başakşəhər"in hücumçusu Demba Ba da təklifə sərt reaksiya verən futbolçulardan olub:
"Ağdərili insanların üstün olduqlarını zənn etdiyi qərbə xoş gəlmisiniz! İrqçilik və axmaqlıq adi hala çevrilib. Yüksəliş vaxtıdır!"
Seneqallı hücumçunun tvitinə Samuel Eto "Fahişə balaları" sözlərini yazıb.
Fransa Tibbi Araşdırma İnstitutunun tədqiqat direktoru Kamilla Loxt və "Cochin" xəstəxanasının reanimasiya xidmətinin mütəxəssisi Jan-Pol Mira koronavirus pandemiyasının peyvəndini Afrikada sınamağı təklif ediblər.