Braziliya millisinin sabiq üzvü Ronaldinyo dünən 40 yaşını həbsxanada qeyd edib.
Newsport.az-ın məlumatına görə, "Qızıl top"un sahiblərindən biri olan sabiq oyunçuya yubileyi münasibəti ilə barbekyu hazırlanıb.
Qeyd edək ki, Ronaldinyo bugünlərdə saxta pasportla tutulduğu üçün Paraqvayda həbs edilib. Onun və qardaşının barəsində 6 aylıq azadlıqdan məhrumetmə cəzası verilib.
