UEFA Monteneqro-Rusiya oyunu ilə bağlı intizam işi açdı

UEFA "Avro-2016"nın seçmə mərhələsinin Monteneqro – Rusiya matçında baş verən olaylara görə intizam işi açıb.

Newsport.az-ın məlumatına görə, buna həmin oyunun yarımçıq dayandırılması səbəb olub.

Monteneqro tərəfi azarkeşlərinin pirotexniki maddələr yandırmaqda və meydana yad əşyalar atmaqda ittiham olunur. Bununla yanaşı, matçın sonadək oynanılmaması səbəbindən Monteneqroya 0:3 hesablı texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Qeyd edək ki, Monteneqro - Rusiya matçının ilk dəqiqəsində yerli fanatlar qonaqların qapıçısı İqor Akinfeyevə fişəng atıb. Başından xəsarət alan qolkiper xəstəxanaya aparılıb. Bundan sonra matç dayandırılıb. Daha sonra oyun bərpa olunsa da, yerli azarkeşlər bu dəfə rusiyalı futbolçu Dmitri Kombarovun başına alışqan atıblar. Bundan sonra futbolçular arasında insident yaranıb və Rusiya millisinin oyunçuları meydanı tərk ediblər. Beləliklə də, görüş yarımçıq dayandırılıb.

Baş verən hadisəyə görə Monteneqro millisinə ciddi cəza veriləcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right