“Qarabağ”ın futbolçusu Ermənistana qarşı

“Qarabağ”ın futbolçusu Ansi Aqolli üzvü olduğu Albaniya millisi ilə birgə Ermənistana qarşı oynayacaq.

Newsport.az-ın xəbərinə görə, Aqollinin komandası Ermənistan millisi ilə qarşılaşacaq. Matç martın 29-da, “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Albaniyada keçiriləcək.

Qeyd edək ki, Albaniya millisi ilə Ermənistan “Avro-2016”nın I qrupunda yer alıb.

Hərəyə üç oyun keçirən Albaniya və Ermənistan qrupda müvafiq olaraq üçüncü və beşinci yeri tutur.

Əlavə edək ki, “Qarabağ”da əsas heyətin futbolçusu olan Ansi Aqolli Albaniya millisində də daim ilk onbirlikdə yer alır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right