Argentinalı futbolçu: "Pul prioritet olsaydı, Azərbaycana gedərdim"

"Ötən mövsüm məndə bir sıra uğursuzluqlar oldu. Amma indi sabit çıxış edən bir komandada oynamaq, futboldan həzz almaq istəyirəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri argentinalı yarımmüdafiəçi Ernan Losada deyib. Vaxtilə Hollandiyanın "Herenven", Belçikanın "Anderlext" klublarında çıxış edən 32 yaşlı futbolçu Azərbaycanda oynamaqda maraqlı deyil:

"Düzdür, 25 yaşımda deyiləm. Amma hələ daha iki mövsüm yüksək səviyyədə oynamağa hazıram. Karyeramı "Lyers"də davam etdirməyi daha çox istərdim, nəinki Azərbaycan və Qazaxıstanda oynamağı. Pul prioritet deyil. Əks halda mən indi bu ölkələrdən birinə getmişdim".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right