"Bernli"yə qarşı oyunda xal itirən "Çelsi" ən yaxın izləyicisi "Mançester Siti" ilə xal fərqinin 5-ə enməsinə əngəl ola bilməyib.
Newsport.az-ın məlumatına görə, oyundan sonra "Çelsi"nin baş məşqçisi Joze Mourinyo matçdakı hakimliyi ciddi tənqid etməsi ilə yadda qalıb.
"Axmaq olmadığıma görə xoşbəxtəm. Hər şeyi iki ay öncə anlamışdım. İki ay bundan əvvəl başlayan və bu gün yekunlaşan əhvalat nəticəsində 12 tur 5 xal üstnülüklə oynamaq məcburiyyətində qalsaq da, çempion olacağıq. Amma bilmirəm, bu əhvalat burada bitəcək, ya yox. Onu deyə bilərəm ki, matçın 4 kritik anı vardı. 30, 33, 43 və 69-cudəqiqələrində. Bu oyunun icmalıdır. Başqa şərh verə bilmirəm. Çünki həqiqəti danışmaq mənim üçün çətindir. Bir neçə həftə əvvəl "Liverpul"la oyundan öncə Diyeqo Koştanı cinayətkar adlandıranda bu söz-söhbətin çox davam edəcəyini bilirdim. Əgər Koşta cinayəkardırsa, bu gün rəqib futbolçunun hərəkətini necə dəyərləndirmək olar?"