Bu klubun 24 xalı silindi

Rumıniya Futbol Federasiyası ölkənin birinci liqa təmsilçisi "Kluj"a sərt cəza tətbiq edib.

Newsport.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 400 min avro məbləğində borcunu ödəməyi üçün klubun 24 xalı silinib.

34 xalla turnir cədvəlində 2-ci olan komandanın 24 xalı silindikdən sonra onlar sonuncu pilləyə geriləyib.

Artıq "Kluj" apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Qeyd edək ki, "Kluj" 2012/2013 mövsümündə Çempionlar Liqasında "Mançester Yunayted"i məğlub etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right