İbrahimoviçdən növbəti tərbiyəsizlik

Fransanın PSJ klubunun isveçli futbolçusu Zlatan İbrahimoviç komanda yoldaşlarına ağalıq etmək fikrinə düşüb.

Newsport.az-ın məlumatına görə, futbolçu "Lill" komandası ilə Fransa Kubokunun yarımfinal matçından sonra komanda yoldaşlarına mətbuatla ünsiyyət saxlamağı qadağan edib.

Oyundan sonra İbrahimoviç müdir tonu ilə futbolçulardan tələb edib ki, KİV nümayəndələri ilə danışmasınlar. “Məni izləyin. Heç kim dayanmır və danışmır. Mən burada bossam” isveçli futbolçu bildirib.

Futbolçu yoldaşlarından yalnız braziliyalı Lukas İbrahimoviçin sözünə baxmayıb və mətbuatın bütün suallarına cavab verib.

Qeyd edək ki, bu hadisə İbrahimoviçin son həftə ərzində jurnalistlərə qarşı ikinci hörmətsizliyi olub. O, yanvarın 30-da “Renn”lə oyundan sonra müxbirlərdən birini təhqir edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right