FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Newsport.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bundan əvvəlki reytinqlə müqayisədə millimizin mövqeyində dəyişiklik olmayıb. FİFA-nın yeni hesablama sisteminə əsasən, Qurban Qurbanovun baş məşqçi olduğu komanda 1207 xalla 105-ci yerdədir.
Qeyd edək ki, siyahının ilk üç pilləsində dəyişiklik olub. DÇ-2018-in qalibi Fransa 1-ci pilləyə (1726) yüksəlib. Belçika 2-ci (1723), Braziliya 3-cü (1431) yerdə qərarlaşıb.