Bu gün Rusiyada keçirilən XXI dünya çempionatına yekun vurulub.
Newsport.az-ın məlumatına görə, həlledici qarşılaşmada Fransa və Xorvatiya milliləri üz-üzə gəlib. 4:2 hesabı ilə qalib gələn Fransa DÇ-2018-in qalibi olub.
Fransa – Xorvatiya - 4:2
Qollar: Mario Mandjukiç, 18 (avtoqol), Antuan Qrizmann, 38 (pen.), Pol Poqba, 59, Kilian Mbappe, 65 - İvan Perişiç, 28, Mario Mandjukiç, 69
Hakim: Nestor Pitana (Argentina)
Moskva. “Lujniki” stadionu