Almaniyanın "Bavariya" klubu "Atletiko Madrid"in təcrübəli medafiəçisi Dieqo Qodinin transferi üçün rəsmi təklif edib.
Newsport.az saytının Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, alman klubu zədə səbəbiylə sıradan çıxan Xavi Martinezin əvəzinə uruqvaylı təcrübəli futbolçu Dieqo Qodini transfer etmək istəyir. "Bavariya"nın müdafiəçi üçün "Atletiko"ya 27 milyon avro təklif etdiyi və transferini gerçəkləşdirməkdə israrlı olduğu iddia edildi.