"Monako" klubunun vitse-prezidenti Vadim Vasilyev Leanordo Jardim, Fabinyo və Kamil Qlikin gedişi ilə bağlı informasiyaları yalan adlandırıb.
Newsport.az xəbər verir ki, məlumata görə Jardim Arsenalı çalışdıra bilər, Fabinyo isə Mançester Yunayted və ya PSG-yə keçə bilər.
"Bu barədə eşitmişəm. Maraqlıdır ki, belə şayiələr liqa kubokunun final oyunu (PSG-yə qarşı) ərəfəsində peyda olur. Hərə özünə xas tərzdə çalışır. Biz hamılıqla final oyununa hazırlaşırıq",
Qeyd edək ki, Fransa Liqa Kubokunun finalında PSJ - "Monako" ilə qarşılaşacaq. Həlledici matç martın 31-i baş tutacaq.