"O, heç vaxt Maradona ola bilməyəcək”

Argentina yığmasının sabiq fubolçusu Qabriel Batistuta Lionel Messi ilə Dieqo Maradonanı müqayisə edib.

Newsport.az xəbər verir ki, Batistuta bu ikili arasında üstünlüyü Maradonaya verib:

“Dieqo Argentina futbolunun tarixində ən yaxşı futbolçudu. Onda xarizma və talant var idi. Texniki keyfiyyətlərinə baxmayaraq, Messi Maradonanı üstələyə bilməz. Lioneldə Dieqoda olan xarizma yoxdu.Düşünürəm ki, o, heç vaxt Maradona ola bilməyəcək”.

Qeyd edək ki, Qabriel Batistuta 1991-2002-ci illər ərzində Argentina millisinin şərəfini qoruyub.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right