Cerard açıqladı: "Oynayacağım yerdə "Liverpul" rəqibim olmayacaq"

Stiven Cerardın "Liverpul"dan ayrılacağı dəqiqləşib. 

Newsport.az-ın məlumatına görə, 34 yaşlı əfsanə klubun rəsmi saytına açıqlamasında yayda komanda ilə vidalaşacağını təsdiqləyib. Cerard bu bu cür qərar qəbul etməyin çox çətin olduğunu söyləyib:

"Həyatımın ən çətin qərarı oldu. Açıqlamanı indi vermək istədim. Çünki mövsüm ərzində çıxan söz-söhbətlər komandaya ziyan vura bilər. "Liverpul" həyatımın böyük bir hissəsidi. Ona görə də "əlvida" demək çox çətindi".

Təcrübəli yarımmüdafiəçi karyerasını hansı klubda davam etdirəcəyi ilə bağlı isə bunları deyib: "Oynamağa davam edəcəm. Hazırda harada oynayacağımla bağlı bir söz deyə bilmərəm. Amma bunu nəzərinizə çatdırım ki, oynayacağım yerdə "Liverpul" rəqibim olmayacaq".

Sonda Cerard "Liverpul" azarkeşlərinə təşəkkür edib: "Qəbul etdiyim qərar sadəcə, karyeramda fərqli həyəcan yaşamaq istəyimlə bağlıdı. Sonradan peşman olmamaq üçün bu addımı atdım. Son olaraq "Liverpul"u dəstəkləyənlərə mesajım var: siz dünyanın ən yaxşı azarkeşlərisiz".

Qeyd edək ki, "Liverpul"un yetirməsi olan Cerardın karyerası ancaq bu komanda ilə bağlıdı. 1998-ci ildə "mersisaydlılar"ın əsas heyətində debüt edən yarımmüdafiəçi 494 oyunda meydana çıxıb və 116 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right