Birləşmiş Ərəb Əmirlikləri Futbol Federasiyası saç kəsimi üzündən futbolçuya 1000 dirhəm (462 manat) pul cəzası verib.
Newsport.az xəbər verir ki, BƏƏ Futbol Liqası matçında evdə “Əl Vəsl Dubay” klubunu qəbul edən “Əl Vahl” klubunun futbolçusu Murad Batna saç modelini qaydalardan kənar kəsdirdiyi üçün Federasiya tərəfindən cəzalandırılıb.
Əlavə edək ki, ötən günlərdə də, “Əl Nəsr” klubunun futbolçusu Əhməd Əl-Yassi ayaq tüklərini qırxdığı üçün eyni cəzaya məruz qalmışdı.
