Son zamanlar özünün də komandadan ayrılacağı xəbərləri dolaşan “Arsenal”ın baş məşqçisi Arsen Venger Aleksis Sançesin haqda danışıb.
Newsport.az xəbər verir ki, 68 yaşlı çalışdırıcı yerli mətbuata verdiyi açıqlamasında, Sançesin yerinə əvəzləyici tapmadan onu buraxmaq niyyətlərinin olmadığını bildirib: “ Hələ heç nə haqda qərar verməmişik. Təkliflərin çoxdur. Bu da bəzi klublar üçün sərfəli görünə bilər. Normalda, Aleksis mövsümün sonuna kimi komandada qalmalıdı, lakin nə olacaq, görəcəyik. Yanvarda ayrılmaq istəsə, yerinə adam tapmamış onu buraxa bilmərik”.
Qeyd edək ki, fransalı çalışdırıcının özünün də klubdan ayrılacağı barədə məlumatlar dolaşır.