"Mançester Yunayted"in baş məşqçisi Jose Mouriniyo qışfasiləsindən maksimum yararlanmağa çalışır.
Newsport.az xəbər verir ki, O, hücum xəttini gücləndirmək üçün siyahı hazırlayıb. Portuqaliyalı mütəxəssis "Bordo"nun hücumçusu Malkomu komandasında görmək istəyir. Premyer Liqa təmsilçisi 20 yaşlı forvard üçün 45 milyon avrosundan keçməyə hazırdır. Fransa klubu isə qış fasiləsi zamanı əsas heyət üzvünü buraxmaq istəmir və onun üçün 60 milyon tələb edir.
Qeyd edək ki, Malkom bu mövsüm 18 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.