"Bavariya" "Borussiya"nın daha bir üzvünü "oğurlamaq" üzrədi.
Newsport.az-ın məlumatına görə, Münhen klubu Dortmund təmsilçisinin ulduzu Marko Roysu heyətinə qatmaq üçün daha bir addım atıb. "Pivəçilər" artıq qarşı tərəfə rəsmi təklif göndəriblər.
Bunu eşidən "Real" isə dərhal öz nümayəndəsini Almaniyaya göndərib. Ehtimal olunur ki, "kral klubu" "Borussiya"ya daha çox pul təklif edəcəklər.
Roysun transfer dəyəri 50 milyon avro təşkil edir.