İngiltərə Premyer Liqasında 16-cı turun oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, ilk matç günündə 7 qarşılaşma keçirilib.
Çempionatın lideri "Çelsi" doğma meydanda "Hall Siti"ni qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. "Mançester Siti" isə səfərdə "Lester"in qonağı olub. Bu görüşdə qonaqlar minimal hesablı qələbəyə sevinib - 1:0.
Turun digər matçında "Arsenal" və "Nyukasl" komandaları üz-üzə gəlib. Qarşılaşma "Arsenal"ın böyükhesablı qələbəsi ilə başa çatıb - 4:1.
Qeyd edək ki, tura dekabrın 15-də "Everton" - QPR" oyunu ilə yekun vurulacaq.
13 dekabr
İngiltərə Premyer Liqası, 16-cı tur
“Bernli” – “Sauthempton” – 1:0
Qol: Barnes, 73 (1:0)
“Çelsi” – “Hall Siti” – 2:0
Qollar: Eden Hazard, 7 (1:0), Dieqo Kosta, 68 (2:0)
“Kristal Palas” – “Stok Siti” – 1:1
Qollar: MkArtur, 11 (1:0), Krauç, 13 (1:1)
“Lester” – “Mançester Siti” – 0:1
Qol: Lempart, 40 (0:1)
“Sanderlend” – “Vest Hem” – 1:1
Qollar: Qomes, 22-pen (1:0), Dauninq, 29 (1:1)
“Vest Bromviç” – “Aston Villa” – 1:0
Qol: Qardner, 72 (1:0)
“Arsenal” – “Nyukasl” - 4:1
Qollar: Jiru, 15 (1:0), Kasorla, 54 (2:0), Jiru, 58 (3:0), Peres, 63 (3:1), Kasorla, 88-pen (4:1)
14 dekabr
“Mançester Yunayted” - “Liverpul”
“Suonsi” – “Tottenhem”
15 dekabr
“Everton” – QPR