Kipr çempionatında 2017/18 mövsümünə start verilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Araz Abdullayevin yenicə müqavilə imzaladığı "Anortosis" də ilk matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Nea Salamis"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Araz da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 83-cü dəqiqədə əvəzlənib.