Avropanın 3 ən yaxşı futbolçusunun adı bəllidir

UEFA 2013/2014 mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizədlərin sayını 10-dan 3-ə endirib.

Newsport.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, finala Manuel Noyer ("Bavariya", Almaniya), Kriştiano Ronaldo ("Real" Madrid, Portuqaliya), Aryen Robben ("Bavariya", Hollandiya) yüksəlib.

Avropanın ən yaxşı futbolçusunun adının avqustun 28-i - Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra açıqlanacağı bildirilib.

Finala yüksələ bilməyən yeddi futbolçu isə aşağıda adları qeyd edilənlər olub:

Tomas Müller – 39 səs
Filipp Lam - 24
Lionel Messi - 24
Xames Rodriqes - 16
Luis Suares - 13
Anxel di Mariya - 12
Dieqo Kosta – 8





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right