Totti yenidən "Roma"da!

"Roma"nın canlı əfsanəsi Françesko Tottinin yeni işi müəyyənləşib. 

Newsport.az saytının məlumatına görə, mövsüm başa çatandan sonra paytaxt klubundan ayrılan futbolçu karyerasını bitirməyə qərar verib. "Skorer"in məlumatına görə, Françesko bundan sonra "Roma"da səlahiyyətli şəxs kimi fəaliyyət göstərəcək.

Belə ki, əfsanəvi kapitan "canavarlar"ın direktoru təyin olunub. O, avqust ayında yeni işinin icrasına başlayacaq.

Qeyd edək ki, karyerası ərzində yalnız "Roma"da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right