PSJ kapitanla yeni müqavilə imzaladı

Tyaqo Motta daha bir il PSJ-də qalacaq.
Newsport.az-ın məlumatına görə, Motta ilə yeni müqavilə bağlanıb. 34 yaşlı yarımmüdafiəçinin müqaviləsi iyunun 30-da başa çatırdı. Ancaq tərəflər yeni müqavilə barədə razılıq əldə ediblər.

Yeni müqavilə bir illik nəzərdə tutulub. Bundan sonra Motta PSJ-də qalaraq, məşqçi kimi fəaliyyət göstərəcək. O, Paris klubunun gənclər komandasına başçılıq edəcək.

Qeyd edək ki, Tyaqo Motta PSJ-də 2012-ci ilin yanvarından çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right