Şimali İrlandiya millisi bu gün Bakıda millimizin qonağı olacaq.
Newsport.az-ın məlumatına görə, Britaniya təmsilçisini DÇ-2018-in seçmə mərhələsinin oyununda 200-dən artıq azarkeş dəstəkləyəcək.
Artıq şimali irlandiyalı azarkeşlər paytaxtımıza təşrif buyurublar. Onlar dünən fiziki qüsurlu uşaq evində olublar və azyaşlı uşaqları forma və digər hədiyyələrlə sevindiriblər.
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya oyunu bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



