Şotlandiya Premyer Liqasında 28-ci turun görüşləri keçirilib.
Newsport.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşmasında "Seltik" "Reyncers"i qəbul edib. "Old Firm" derbisində qalib müəyyənləşməyib - 1:1. Bununla da, "Seltik" çempionatda 22 oyundan sonra xal itirib.
Bu nəticədən sonra "Seltik" Premyer Liqanın turnir cədvəlində 80 xalla liderdir. "Reyncers" isə 47 xalla 3-cüdür.
"Seltik" 1 - 1 "Reyncers"
Qollar: Stüart Armstronq, 35 - Klint Hill, 88