Ürəyində problem olan futbolçu "Real"dan ayrıldı

“Real” braziliyalı yarımmüdafiəçisi Lukas Silvanı icarəyə verib.

 

Newsport.az xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək. Silva yetişdiyi “Kruzeyro” klubuna keçib. O, A Seriya klubunda 1,5 illik icarə əsasında çıxış edəcək.


Qeyd edək ki, “Kruzeyro”nun yetirməsi olan Lukas Silva 2015-ci ilə kimi bu komandada çıxış etmiş, daha sonra “Real”a keçmişdi.

 

O, ötən il ürəyində olan problemə görə karyerasını bitirmək qərarına gəlsə də, sonradan fikrindən dönmüşdü.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right