Afrika Millətlər Kuboku: Kamerun və Burkina Faso yarımfinalda

Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə start verilib. 

Newsport.az-ın məlumatına görə, mərhələnin ilk oyununda Burkina Faso Tunisi 2:0 hesabıyla məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Digər oyununda isə Kamerun və Seneqal münasibətlərinə aydınlıq gətiriblər. Əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan qarşılaşmanın taleyini penaltilər həll edib. "Lotoreya"da daha dəqiq oynayan Kamerun 5:4 hesabıyla qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıb.

 

Afrika Millətlər Kuboku, 1/4 final

Burkina Faso - Tunis 2:0

Qollar: Banse, 81. Nakulma, 85.

Seneqal - Kamerun 0:0 pen (4:5)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right