Bu gün Portuqaliya Sequndasında XXIV turun oyunlarına start verilib
Newsport.az-ın məlumatına görə , tur çərçivəsində millimizin üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası səfər matçına çıxıb. Lissabon təmsilçisi "Fafe"nin qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İstedadlı yarımmüdafiəçimiz bu oyuna start heyətində çıxıb və sonra qədər mübarizə aparıb.
Qeyd edək ki, bu, Nəsirovun "Sportinq"in heyətində keçirdiyi 16-cı oyun olub.