Emin Mahmudov oynadı, "Boavişta" uduzdu

Portuqaliya Premyer Liqasında XIX tura start verilib. 

Newsport.az-ın məlumatına görə, turun açılış matçında millimizin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" öz meydanında "Belenenses"i qəbul edib.  Qarşılaşma qonaq komandanın 1 - 0 hesablı qələbəsi ilə başa çatıb. 

"Benfika" ilə matçda etdiyi hərəkətlərə görə 3 oyunluq cəzalanan millimizin üzvü Kamran Ağayev bu matçda iştirak etməyib. Adı oyunun iştirak ərizəsinə daxil edilən Mahmudov isə 60-cı dəqiqədə meydana daxil olub. Karvalyonu əvəzləyən Mahmudov sona qədər mübarizə aparıb. 

Qeyd edək ki, keçirdiyi 19 görüşdən sonra aktivində 24 xal olan "Boavişta" hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right