Berbatov "Mançester Yunayted"ə qayıdır

Son olaraq PAOK-da çıxış edən bolqar hücumçu Dimitar Berbatov “Mançester Yunayted”ə qayıda bilər.

Newsport.az-ın məlumatına  görə, azad agent statusu daşıyan 35 yaşlı futbolçunun "qırmızı şeytanlar"a futbolçu yox, məşqçi kimi gələcəyi gözlənilir. Berbatovun “Mançester Yunayted”in məşqçilər korpusunda yer alacağı gözlənilir. Bu barədə məlumatı Bolqarıstan mətbuatı yayıb.

Qeyd edək ki, Berbatov 2008-2012-ci illərdə “Mançester Yunayted”də çıxış edib. O, çıxdığı 108 oyunda 48 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right