2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının oyunlarının noyabr və dekabr aylarında keçiriləcək.
Newsport.az-ın "dhnet.be"yə istinadən verdiyi məlumata görə, bu barədə FİFA prezidenti Yozef Blatter açıqlamasında deyib.
Ali futbol qurumunun prezidenti bu qərarın daha məqsədəuyğun olduğunu bildirib:
"Qətərdə yayda futbol oynamaq mümkün deyil. Ona görə də mundialın oyunları noyabr və dekabr aylarında keçiriləcək. Düşünürəm ki, bu, ən doğru qərardır".