Nazarovlu "Aue" darmadağın oldu

Bu gün Almaniyanın 2-ci liqasında XV turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Aue" doğma meydanda lider "Ştutqart"ı qəbul edib. Oyunda qonaqlar 4:0 hesablı qələbəsi ilə qalib gəlib. 

Nazarov əsas heyətdə yer alıb, 72-ci dəqiqədə əvəzlənib. O, 18-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, hazırda 11 xalı olan "Aue" turnir cədvəlində 17-ci pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right