Bekhem İbrahimoviçə təşəkkür etdi

"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem "qırmızı şeytanlar"ın hücumçusu Zlatan İbrahimoviç haqqında danışıb. 

 

Newsport.az xəbər verir ki, 41 yaşlı futbolçu PSJ-də birgə çıxış etdiyi futbolçu haqda bu sözləri deyib: 

 

"Onun fiziki bacarığı, futbola olan sevgisi heç vaxt dəyişmir. O hələ də, dünyanın ən güclü futbolçularından biridir. İndi xoşbəxt olmağımın səbəblərindən biri də onu doğma komandam "Mançester Yunayted"də görməyimdir. Bunun üçün ona təşəkkür edirəm". 

 

Qeyd edək ki, Zlatan İbrahimoviç yayda PSJ-dən "Mançester Yunayted"ə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right