AÇ-2020-nin daha bir loqosunun təqdimatı olub.
Newsport.az-ın məlumatına görə, final mərhələsini 13 şəhərin qəbul edəcəyi yarışın növbəti təqdimatı Almaniyada gerçəkləşib.
Münhendə baş tutan tədbirdə yarışın 13 loqosundan biri nümayiş olunub. Təqdimata UEFA-nın prezidenti Aleksander Ceferin, Almaniya Futbol İttifaqının rəhbəri Raynhard Qrindal və “Bavariya”nın sədri Karl-Hayns Rummeninge qatılıb.
Qeyd edək ki, təşkilatçı şəhərlərin bəzilərində, o cümlədən Bakıda artıq loqonun təqdimat mərasimi baş tutub.