UEFA Serbiya - Albaniya oyunu ilə bağlı araşdırmaya başlayıb

UEFA "Avro-2016"nın seçmə mərhələsində keçirilən Serbiya - Albaniya oyunu ilə bağlı araşdırmaya başlayıb.

Newsport.az-ın məlumatına görə, ali futbol qurumunun İntizam Komitəsi Serbiyada baş verən olaylarla bağlı bütün detalları təhlil edəcəyi və lazımi qərarı verəcəyini açıqlayıb.

Qeyd edək ki, matçın 44-cü dəqiqəsində helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağının meydançaya endirilməsindən sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Belədə matçın baş hakimi Martin Atkinson oyunun təxirə salındığını elan edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right