Millimizin sabiq futbolçusu: "Müqaviləni ləğv etməyə hər zaman hazıram"

Yığmamızın sabiq hücumçusu Branimir Subaşiç şərəfini qoruduğu "Manisaspor” klubundan ayrılmaq istəyir.
Hücumçu öz açıqlamasında bunları söyləyib:

"Beş oyundur qol vura bilmirəm. Komandam məndən çox şey gözləyir. Buna görə xəcalət çəkirəm. Aldığım pulları da qaytara bilərəm. Artıq müqaviləni ləğv etməyə hər zaman hazıram".

Lakin rəhbərlik bu sözləri ilə azarkeşlərin rəğbətini qazanan Subaşiçin komandadan getməsini istəmədiyini bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right