Braziliya millisinin futbolçusu Neymar bu gün keçirilən Yaponiya ilə yoldaşlıq matçında (4:0) pokerə imza atıb.
Newsport.az-ın məlumatına görə, gənc hücumçu sözügedən qarşılaşmada komandasının bütün qollarının müəllifi olub. Bu matçdan sonra qollarının sayını 40-ə yüksəldən Neymar Bebetonu geridə qoyaraq Braziliya millisinin tarixində ən çox qol vuran 5-ci futbolçu olub. Neymar üç dəfə də fərqlənəcəyi təqdirdə, Zikoya (48 qol) çatacaq.
Qeyd edək ki, Braziliya millisinin tarixində ən çox qol vuran futbolçu Peledir (77 qol).