Bu gün keçiriləcək Xorvatiya - Azərbaycan oyununa bilet satışı davam edir.
Newsport.az-ın məlumatına görə, Xorvatiya mətbuatının yaydığı xəbərə görə axşamkı matça 14 min bilet satılıb.
Osieykdə baş tutacaq matçın keçiriləcəyi arena 19 min tamaşaçı tutumuna malikdi ki, matçın başlama saatına kimi bütün biletlərin satılması gözlənilir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.