"Azərbaycan yığmasında xüsusi fərqləndiriləsi ulduz futbolçu yoxdu"

"Bakı"nın sabiq xorvatiyalı qapıçısı Marko Şarliya AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - Azərbaycan matçı öncəsi yerli mətbuata açıqlama verib:

"Mən Azərbaycana Foqts ora gələn zaman getmişdim. Onun gəlişi ilə bu ölkənin futbolunda çox şey dəyişdi. O vaxt çempionatda legionerlər daha çox idi. Amma sonradan legionerlərə limit qoyulmağa başladı. Nəticədə, gənc yerli futbolçular daha çox oynamaq şansı qazandılar. Azərbaycan yığmasında xüsusi fərqləndiriləsi ulduz futbolçu yoxdu. Amma onlar komanda şəklində çox yaxşı mübarizə aparırlar. Hücumçulardan Rauf Əliyevi qeyd edərdim. Yaxşı oyunçudu".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right