İngiltərənin "Hall Siti" klubunun futbolçusu Nikitsa Yelaviç Xorvatiya milli komandası ilə vidalaşıb.
Newsport.az-ın Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı məlumata görə, hücumçu bu qərarı Bolqarıstanla “Avro-2016”nın seçməmərhələ oyunundan sonra verib.
Baş məşqçi Yelaviçi meydana buraxmayıb. Niko Kovaçın qərarından təsirlənən 29 yaşlı futbolçu dünən milli komandadan ayrıldığını açıqlayıb.
Xatırladaq ki, Xorvatiya millisi oktyabrın 13-də Azərbaycan yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.