"Mançester Siti" klubunun baş məşqçisi Manuel Peleqrini futbolçusu Serxio Aquero haqda xoş sözlər deyib.
Newsport.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, çilili mütəxəssis Aqueronun "Qızıl top" mükafatı uğrunda mübarizə aparmalı olduğunu bildirib:
"Aquero dünyanın ən yaxşı futbolçularından biridir. O, bunu göstərməyə davam etməlidir. Məncə, Serxio "Qızıl top" mükafatı uğrunda mübarizə aparmalıdır. Çünki Aquero futbolçu üçün zəruri olan bütün keyfiyyətlərə malikdir".