Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç "Avro-2016"nın seçmə mərhələsində məğlub etdikləri Bolqarıstan oyunla (1:0) bağlı fikirlərini bölüşüb.
Newsport.az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan təcrübəli mütəxəssis çətin qələbə qazandıqlarını və tezliklə Azərbaycanla oyun köklənməli olduqlarını bildirib:
"Təbii ki, səfər qələbələri hər zaman çətin olur. Taktiki cəhətdən düzgün oynadıq və qalib gəldik. Bu qələbə bizim bir qədər rahat nəfəs salmağımızı təmin etdi. Bununla belə, tezliklə Azərbaycanla oyuna köklənməliyik. Kiçik komandalar hər zaman xal qazanmaq üçün yaxşı mübarizə aparırlar. Bu baxımdan Azərbaycanla oyun çətin keçəcək".
Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu oktyabrın 13-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq