Gəncədə gələcəyin qapıçıları yetişdirilir

Məşğələləri "Kəpəz" futbol klubunun təcrübəli qapıçıları Xəyal Zeynalov və Tariyel Hüseynov aparır. 

Newsport.az  xəbər verir ki, Təhsil Respublika İdman Mərkəzinin Gəncə Filialının məşqçi müəllimləri təlimə 20-yə yaxın yeniyetmə qapıçı dəvət edib. Məşqçilər növbəti təlimi Təhsil Respublika İdman Mərkəzinin Gəncə Filialının inzibati binasında keçirib. Həftədə bir dəfə seminar təşkil olunur ki, burda da idmançılara psixoloji məşqlər keçirilir. Eyni zamanda video çarxlar nümayiş olunur və qapıçın əsas vəzifələri izah olunur. TRİM-ni Gəncə filialının futbol bölməsini baş məşqçisi, 19 yaşlı futbolçulardan ibarət  milli komandanın məşqçisi Etibar İbrahimovda öz növbəsində futbolçulara lazımı məsləhətlərini verib. Qeyd edək ki, qapıçılarla məşq həftədə 4 dəfə keçirilir. Onlardan üçü meydançada biri isə inzibati binada seminar formasında aparılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right