Kurtua sağaldı

"Çelsi"nin futbolçusu Tibo Kurtua sağalıb.

Newsport.az-ın xəbərinə görə, bu barədə London klubunun saytı məlumat yayıb.

İngiltərə Premyer Liqasında "Arsenal"la matçda qulağından qan açılan gənc qolkiper müalicə aldığı xəstəxanadan artıq çıxıb.

T.Kurtua Belçika millisi ilə "Avro-2016"nın seçmə mərhələsinə Andorra və Bosniya və Hersoqovina ilə görüşlərdə oynaya biləcək.

Qeyd edək ki, "Çelsi" - "Arsenal" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right