"Dnepr"in şərəfini qoruyan Brunu Qama yerli mətbuata maraqlı açıqlamalar verib.
Newsport.az xəbər verir ki, Ukrayna klubunun təcrübəli oyunçusu Avroliqada "Sent-Etyen"lə oyunda əldə olunan heç-heçəni şərh edib.
Portuqaliyalı forvard 1 xal qazandıqları oyunda uğurlu nəticə qazandıqlarını dilə gətirib: "Çətin oyun oldu. Rəqibin də qol epizodları oldu, bizim də. Amma oyun qolsuz heç-heçə ilə başa çatdı.
Səfərdə oynamaq çətindi. Ona görə də bu nəticəni yaxşı hesab etmək olar. Amma növbəti oyunu evdə keçirəcəyik. Bu xal itkisinin heyifni "Qarabağ"la matçda çıxmağa çalışacağıq.
"Dnepr" - "Qarabağ" görüşü oktyabrın 23-də baş tutacaq. Bu oyundan 2 həftə sonra isə bu komandalar Bakıda üz-üzə gələcək.