İngiltərə Premyer Liqasının VII turunda keçirilən "Çelsi" - "Arsenal" matçında (2:0)Arsen Vengerlə Joze Mourinyo arasında baş verən insdent barədə xəbər vermişdik.
Newsport.az-ın məlumatına görə, matçdan sonra "topçular"ın baş məşqçisi Arsen Venger bu haqda açıqlama verərək peşman olmadığını dilə gətirib:
"Mən peşman deyiləm. Sadəcə Mourinyonun texniki zonasına keçib, Sançesin vəziyyəti ilə maraqlanırdım. Mourinyonu itələməmişəm. Ona sadəcə toxunmuşam. Əgər Mou itələmənin necə olduğunu görmək istəyirsə, göstərə bilərəm".