İngiltərə millisinin və "Lester"in hücumçusu Ceymi Vardinin "Arsenal"a transfer olunacağı ilə bağlı xəbərlər yayılsa da, London təmsilçisinin baş məşqçisi Arsen Venger məlumatı təkzib edib.
Newsport.az-ın məlumatına görə, təcrübəli fransız mütəxəssis məsələyə belə münasibət bildirib: "Vardi hazırda "Lester"in futbolçusudur və bildiyim qədəri ilə elə orada da qalacaq".
Qeyd edək ki, Vardinin Fransada təşkil olunan Avropa çempionatından sonra "Arsenal"la müqavilə imzalayacağı iddia olunurdu.