Fransada təşkil olunan Avropa çempionatının "F” qrupunda Portuqaliya – Avstriya matçı baş tutub.
Newsport.az-ın məlumatına görə, qarşılaşmada hesab açılmayıb.
Portuqaliya milli komandasının ulduz futbolçusu Kriştiano Ronaldo bu oyunda da alqışalayiq hərəkəti ilə yadda qalıb. Belə ki, matç başa çatdıqdan sonra azarkeşlərdən biri meydana daxil olub və Ronaldo ilə "selfie” çəkdirmək istəyib.
Azarkeşin bu arzusunu mühafizəçilər puç etmək istəsə də Ronaldo buna imkan verməyib. "Real”ın ulduzu mühafizəçiləri zərərsizləşdirərək azarkeşin arzusunu reallaşdırıb.
Qeyd edək ki, 31 yaşlı hücumçu matçın 79-cu dəqiqəsində 11 metrlik cərimə zərbəsini qeyri-dəqiq yerinə yetirib.