"Nyu-York Red Bulls" klubunun futbolçusu Tyeri Anri ilin sonunda komandadan ayrılacaq.
Newsport.az-ın "Sports İllustrated"a istinadən verdiyi məlumata görə, rəhbərlik ilin sonunda komanda ilə müqaviləsi başa çatacaq fransız futbolçuya yeni sözləşmə təklif etməyib.
Belədə azad agent statusu alacaq 37 yaşlı futbolçunun 2015-ci ildən karyerasını hansı komandada davam etdirəcəyi maraq doğurur.
Qeyd edək ki, 2010-cu ildən "Nyu-York Red Bulls" klubunda çıxış edən Anri bu mövsüm keçirdiyi 27 oyunda 9 qola imza atıb.